- Transfer
- 01:36 15.08.2026
Mövsümün sonunda “Zirə” ilə yollarını ayıran Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, Almaniyanın “Viktoriya” klubu 31 yaşlı hücumçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pərdis yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, P. Fərcad-Azad 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edirdi. 2012-2016-cı illər aralığında “Sumqayıt”da çıxış edən Pərdis, daha sonra “Keşlə” və “Zirə”nin şərəfini qoruyub. Hücumçu 6 dəfə də Azərbaycan millisinin uğurları üçün çalışıb