- Transfer
- 18:40 23.11.2024
"Barselona"nın oyunçusu Jül Kunde karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90deqiqe.Az "Marca"ya istinadən məlumat verir ki, 25 yaşlı futbolçunun xidmətində əvvəllər Kataloniya klubunda çalışmış Ramon Planes idman direktoru olduğu "Əl-İttihad" klubu maraqlıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi fransız futbolçu üçün yaxın vaxtlarda danışıqlara başlayacaq.
Xatırladaq ki, “Əl-İttihad”ı Avropa futbolunun nəhəngləri üçün çıxışları ilə tanınan Kərim Benzema, N’Qolo Kante və Fabinyo təmsil edir. Koundenin "blauqrana" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Tanınmış “Transfermarkt” portalının məlumatına görə, Jülsin bazar dəyəri 45 milyon avrodur.