13 iyun 2024. Cümə axşamı

Rafa Silva "Fənərbağça" keçir? - Mourinyo açıqladı


  • Transfer
  • 23:50 08.06.2024
  • Oxunma sayı: 35
Rafa Silva "Fənərbağça" keçir?  - Mourinyo açıqladı

"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo "Benfika"nın hücumçusu Rafa Silvanın mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 61 yaşlı çalışdırıcı bu barədə Portuqaliya mətbuatından RTP-yə danışıb.

Jurnalist Rafa Silvanın "Fənərbağça"ya keçməyini istəyərsən deyə portuqaliyalı mütəxəssisə sual verib.

"O, əla oyunçudur, amma onun "Qalatasaray"a transferinin yaxın olduğunu eşitmişəm."

31 yaşlı futbolçu 2016-cı ildən "Benfika"da çıxış edir. Portuqaliyalı hücumçunun bu yay azad agent kimi komandadan ayrılacağı gözlənilir. Ötən mövsüm Silva bütün yarışlarda 52 matçda iştirak edib, 22 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt portalının ekspertləri Silvanın dəyərini 14 milyon avro qiymətləndirirlər.







Transfer

"Real Madrid" Rodriqonu qovur?
  • Transfer
  • 10:50 12.06.2024
"Real Madrid" Rodriqonu qovur?
"Aston Villa"dan "Yuventus"a
  • Transfer
  • 22:26 11.06.2024
"Aston Villa"dan "Yuventus"a