23 oktyabr 2024. Çərşənbə

İki nəhəng klub onun üçün mübarizə aparacaq


  • Transfer
  • 12:35 10.06.2024
  • Oxunma sayı: 65
İki nəhəng klub onun üçün mübarizə aparacaq

"Bolonya"nın hücumçusu Coşua Zirkzee karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Sky Sports"a istinadən məlumat verir ki, 23 yaşlı forvard “Mançester Yunayted” və “Arsenal” klublarının maraq dairəsindədir.

İngiltərənin top klubları ilə yanaşı, "Milan" da hollandiyalı futbolçunu transfer etmək istəyir.

Ötən mövsüm Coşua 37 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalının ekspertləri hücumçunun dəyərini 50 milyon avro qiymətləndirib.







Transfer