15 avqust 2026. Şənbə

Arsenal onunla razılığa gəldi


  • Transfer
  • 00:23 28.07.2019
  • Oxunma sayı: 487
Arsenal onunla razılığa gəldi
Lill'in futbolçusu Nikolya Pepe karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Corner.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" 24 yaşlı futbolçunun keçidi ilə bağlı Fransa təmsilçisi ilə razılıq əldə edib. Anlşamaya əsasən, "Topçular" kot-d`İvuarlı hücumçu üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcək. Pepe'nin "Arsenal"dakı illik qazancı isə 4.5 milyon avro olacaq.

Qeyd edək ki, ötən mövsüm "Lill"in heyətində meydana çıxdığı 41 oyunda 23 qol vurub, 12 məhsuldar ötürmə edən Pepe ilə "Napoli" də maraqlanırdı.





Transfer