- Transfer
- 00:12 29.11.2024
"Əl İttihad" klubu Marselo Qallardo və onun məşqçilər korpusuna 30 milyon avro təzminat ödəyəcək.
90deqiqe.Az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisi mövsüm ərzində mütəxəssislə müqavilə imzalasa da, çempionatın bitməsinə 3 tur qalmış onu qovması olub.
Argentinalı çalışdırıcının 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə xitam verilməsi şərtləri razılaşdırılmadığı üçün komandanı çalışdırmağa davam edib.
Sükançının heyətində yeddi mütəxəssis var. Xitam müqaviləsi hələ imzalanmayıb, Qallardo növbəti mövsüm komanda ilə işləyəcəyi gözlənilir.