- Transfer
- 00:12 29.11.2024
"Qarabağ" futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
90deqiqe.Az xəbər verir ki, "Köhlən atlar" qapıçı Fabiyan Buntiçin heyətə cəlb edib. Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper ilə klub arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, yeni qapıçı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.