22 oktyabr 2024. Çərşənbə axşamı

Şesni Ronaldonun komanda yoldaşı oldu


  • Transfer
  • 21:21 10.06.2024
  • Oxunma sayı: 78
Şesni Ronaldonun komanda yoldaşı oldu

"Yuventus"un qapıçısı Voyçex Şesni karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az "The Athletic"ə istinadən məlumat verir ki, polşalı qolkiper "Əl-Nəsr"lə iki illik müqavilə imzalayacaq və onun maaşı ildə 19 milyon avro olacaq müqaviləyə razılaşıb.

Klublar qapıçının transferi ilə bağlı da prinsipial razılığa gəliblər. Müqavilənin bu həftə yekunlaşacağı gözlənilir.

O, 2017-ci ilin yayından Turin klubunda çıxış edir. O vaxtdan bəri qapıçı 252 rəsmi matçda iştirak edib, 233 qol buraxıb. Transfermarkt portalı polşalı qolkiperə altı milyon avro qiymət qoyub.







Transfer