- Transfer
- 23:58 24.12.2025
“Mançester Yunayted”in gənc futbolçusu Kobbi Mainu yay transfer pəncərəsində komandasını dəyişə bilər.
90deqiqe.Az "Transfer News"ə istinadən məlumat verir ki, 19 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır.
Bildirilir ki, kataloniyalılar Maina qarşılığında “qırmızı şeytanlar”a Rafinya və 8,5 milyon funt-sterlinq təklif etməyə hazırdır. "Barselona"nın yeni baş məşqçisi Hans-Diter Flik oyunçunun xidmətləri ilə şəxsən maraqlanır.
Başa çatan mövsümdə futbolçu 33 matçda iştirak edib, o, 5 qol vurub və tərəfdaşlarına 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı İngiltərə millisini 50 milyon avro qiymətləndirir.