25 dekabr 2025. Cümə axşamı

Səudiyyə Ərəbistanında işləməkdən imtina etdi


  • Transfer
  • 22:26 10.06.2024
  • Oxunma sayı: 137
Səudiyyə Ərəbistanında işləməkdən imtina etdi

İtaliyalı "Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Taavun"a rəhbərlik etməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə  jurnalist Conatan Ramos "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, klub hələ may ayında Qattuzoya təklif etsə də, məşqçi Səudiyyə Ərəbistanında işləməkdən imtina etmək qərarına gəldiyini qeyd edib.

İtaliyalı mütəxəssisin Avropanın ciddi klubundan təklif gözlədiyi iddia edilir.

46 yaşlı Qattuzonun son iş yeri Fransanın Marsel şəhəri olub. Məşqçi 2023-cü ilin sentyabrından 2024-cü ilin fevralına kimi kluba rəhbərlik edib. Xatırladaq ki, Qattuzo daha əvvəl “Valensiya”, “Napoli”, “Milan”, “Piza” və “Palermo”ya rəhbərlik edib.







Transfer