27 iyul 2024. Şənbə

"Yuventus" və "Napoli" oyunçuları dəyişə bilər


  • Transfer
  • 23:42 10.06.2024
  • Oxunma sayı: 66
"Yuventus" və "Napoli" oyunçuları dəyişə bilər

İtaliyanın "Napoli" və "Yuventus" klubları bir-biri ilə oyunçularını dəyişdirə bilərlər. 

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sportitalia" bildirib.

Məlumata görə, iki paytaxt klubu arasında maraqlı saziş imzalana bilər.  Qoca sinyora”ya neapolluların müdafiəçisi Covanni Di Lorenzo keçə bilər. Qarşı tərəf isə Turin komandasının oyunçusu Federiko Kyezanı əldə edə bilər. Hər iki oyunçunun qiyməti 25-30 milyon avro civarında olduğuna görə bu keçidin birbaşa mübadiləsi tamamilə mümkündür.

Daha əvvəl Kyezanın "Yuventus"dan ayrılmaq istədiyi və ona əsas namizədlərdən biri də “Roma”dır. Eyni zamanda Di Lorenzonun ildə 3,5 milyon avro aldığı müqaviləsinin 2028-ci ilin iyununda başa çatmasına baxmayaraq, "Napoli"dən ayrılmaq istədiyi də bildirilir.  

30 yaşlı Di Lorenzo bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Keçən mövsüm Kyeza bütün yarışlarda 37 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir