20 iyun 2024. Cümə axşamı

"Aston Villa"dan "Yuventus"a


  • Transfer
  • 22:26 11.06.2024
  • Oxunma sayı: 57
"Aston Villa"dan "Yuventus"a

"Yuventus" "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luizin transferini başa çatdırmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə  jurnalist Canluka Di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib. 

O, İngiltərə klubunun Duqlas üçün "Yuventus"un iki futbolçusu Samuel Aylinq və Ueston Makkenninin birdəfəlik transferi və 20 milyon avro məbləğində pul təzminatı istədiyini və Turin klubunun bu təklifi qəbul etdiyini qeyd edib..

Braziliyalı futbolçu 2019-cu ildən "Aston Villa"da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi "Birmingem"in heyətində bütün yarışlarda 53 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Transfer