20 iyun 2024. Cümə axşamı

"Real Madrid" Rodriqonu qovur?


  • Transfer
  • 10:50 12.06.2024
  • Oxunma sayı: 54
"Real Madrid" Rodriqonu qovur?

“Real Madrid” “Borussiya Dortmund”la Çempionlar Liqasının finalı ərəfəsində “Mançester Siti”nin dünyanın ən yaxşı komandası olduğunu və braziliyalı futbolçunu satmağa hazır olduğunu bildirən vinger Rodriqo Qoesin sözlərindən hələ də narazıdır.

90deqiqe.Az bu barədə “Sport.es”ə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, “Kral” klubunun rəhbərliyi hesab edir ki, Rodriqonun bu şəkildə çıxış etməsi təsadüfi deyil, eyni zamanda o, start heyətində yerini itirəcəyi təqdirdə klubdan ayrılmağı düşünəcəyini deyib.

"Real"ın Rodriqoya 150 milyon avro təklif etsələr, onu satmağa hazır olacağı vurğulanır.

Ötən mövsüm Rodriqo bütün yarışlarda 51 matçda iştirak edib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 100 milyon avrodur.







Transfer