18 iyul 2024. Cümə axşamı

"Beşiktaş"ı Rusiya klubuna dəyişir?


  • Transfer
  • 11:31 12.06.2024
  • Oxunma sayı: 51
"Beşiktaş"ı Rusiya klubuna dəyişir?

"Beşiktaş"ın mərkəz yarımmüdafiəçisi Gedson Fernandes karyerasını Rusiyada davam etdirə bilər.

90deqiqe.Az "Record"a istinadən xəbər verir ki, "Zenit" portuqaliyalı futbolçunun transferi üçün İstanbul klubu ilə danışıqlarını davam etdirir.

"Qara qartallar" 25 yaşlı yarımmüdafiəçi üçün ən azı 20 milyon avro almaq istəyir.

Maraqlıdır ki, Fernandesin “Beşiktaş”dan satış qiymətinin 50%-ni futbolçunun keçmiş klubu “Benfika” alacaq.

Futbolçu daha əvvəl “Tottenhem” və “Qalatasaray”da da çıxış edib.

25 yaşlı Fernandes 2022-ci ilin yayından Portuqaliya "Benfika"sından transfer olunduqdan sonra türk klubunda çıxış edir. Transfer məbləği 6 milyon avro olub. Mərkəz yarımmüdafiəçisi ötən mövsüm "Beşiktaş"ın heyətində bütün yarışlarda 45 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Fernandesin klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer

Rahil Məmmədov Polşada qaldı
  • Transfer
  • 23:51 17.07.2024
Rahil Məmmədov Polşada qaldı