20 iyun 2024. Cümə axşamı

"Mançester Yunayted"in yeni hücumçusu


  • Transfer
  • 12:06 12.06.2024
  • Oxunma sayı: 44
"Mançester Yunayted"in yeni hücumçusu

"Ayaks"ın hücumçusu Brayan Brobbi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq şəxsən futbolçunun xidmətində maraqlıdır. Mütəxəssis hollandiyalı forvardı fransalı Antoni Martialın əvəzləyicisi olaraq görür.

Ötən mövsüm Hollandiya çempionatında Brobbey 30 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. 22 yaşlı forvardın "Ayaks"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer