20 iyun 2024. Cümə axşamı

Kadi Borges "Qarabağ"a qayıdır? - agenti açıqladı


  • Transfer
  • 12:41 12.06.2024
  • Oxunma sayı: 48
Kadi Borges "Qarabağ"a qayıdır?   - agenti açıqladı

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges sabiq komandası "Qarabağ"dan təklif alıb.

90deqiqe.Az-ın "RB Sport"a istinadən məlumatına görə, bu barədə braziliyalının agenti Helsio Roberto Alisk bildirib.

“Qarabağ” həqiqətən də Kadi üçün “Krasnodar”a təklif göndərib, amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik”

Kadi ilə "Krasnodar" klubu arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.

Ötən mövsüm yarımmüdafiəçi "Bulls"un heyətində 33 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Krasnodar"la birlikdə Premyer Liqanın vitse-çempionu olub.

 Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə “Qarabağ”da oynayıb.







Transfer