- Transfer
- 18:40 23.11.2024
"Zenit" klubu "Beşiktaş"ın yarımmüdafiəçiləri Jedson Fernandes və Baxtiyar Zainutdinov üçün 30 milyon avro təklif edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Depar Sports” məlumat yayıb.
Bildirilir ki, Sankt-Peterburq təmsilçisi Fernandes üçün "Beşiktaş"a 5 milyon avro, Zaynutdinov üçün isə 25 milyon avro ödəyəcək.
Ötən mövsüm 26 yaşlı Baktiyor Zainutdinov bütün turnirlərdə 42 matçda iştirak edib, 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 5 milyon avrodur.
25 yaşlı Jedson Fernandes 2022-ci ilin yayından Portuqaliyanın "Benfika"sından getdiyi vaxtdan türk klubunda çıxış edir. Keçən mövsüm yarımmüdafiəçi "Beşiktaş"ın heyətində bütün turnirlərdə 45 matça çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib. Fernandesin klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Onun bazar dəyəri 15 milyon avrodur.