Ötən mövsümün sonunda “Bavariya”dan ayrılan Frank Ribery “Monako”nun təklifini rədd edib.
Corner.az ”L'Equipe”ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu yalnız - “Marsel”də oynamaq istədiyini bildirib.
Qeyd edək ki, o, 2005-2007-ci illərdə "Marsel"də oynayıb.Əlavə edək ki, hazırda azad agent statusu daşıyan fransalı futbolçu ilə “Qalatasaray” və "Liverpul"un da maraqlandığı bildirilir.