- Transfer
- 18:40 23.11.2024
"Rayo Valyekano"nun qapıçısı Stole Dimitrievski karyerasını La Liqanın digər klubu - "Valensiya"da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, "yarasalar" Şimali Makedoniya millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı qolkiper karyerasının son 5 ilini "Rayo Valyekano"da keçirib.
Ötən mövsüm qolkiper özünün ən yaxşı çağında Madrid komandasının heyətində 37 oyun keçirib, bu oyunda 47 qol buraxıb və 13 dəfə qapısını təmiz saxlayıb. “Valensiya”nın əsas qapıçısı Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilidir.