- Transfer
- 18:40 23.11.2024
İtaliyalı baş məşqçi Cennaro Qattuzo məşqçilik karyerasında yeni çağırışa başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, o, Xorvatiyanın top klublarından biri - "Hayduk Split"in "sükanı arxasına" gətirilib Bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb.
Gələn həftə 46 yaşlı çalışdırıcı rəsmi olaraq təqdim olunacaq. Qattuzonun yeni klubu ilə müqaviləsi iki illikdir.
Xatırladaq ki, Qattuzo fevral ayından heç kimi çalışdırmayıb. Mütəxəssisin son iş yeri Fransa Liqa 1 klubu olan “Marsel” olub, məşqçi karyerasının əvvəlində Valensiya, Milan və Napoli ilə çalışıb. Keçmiş italyan yarımmüdafiəçi məşqçilik karyerasına 10 ildən çox əvvəl - İsveçrənin Sionunda başlayıb.