- Transfer
- 21:08 11.04.2026
Real klubu futbolçusu Xames Rodriqeslə bağlı qərar verib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Madrid klubu”, “Napoli” və “Atletico”nun transfer etmək istədiyi 27 yaşlı futbolçunu heyətdə saxlamaq qərarına gəlib. Komandanın digər yarımmüdafiəçisi Marko Asensionun uzun müddətə zədələnməsi “Real”ın bu qərarı verməsinə səbəb olub.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.