21 iyun 2024. Cümə

"Zenit" "Beşiktaş"ın futbolçusunda israr edir


  • Transfer
  • 10:43 13.06.2024
  • Oxunma sayı: 309
"Zenit" "Beşiktaş"ın futbolçusunda israr edir

"Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandes Rusiya çempionatında çıxış etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Serkan Dikmen "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O  “Zenit” klubunun rəhbərliyinin 25 yaşlı futbolçuya mövsümdə üç milyon avro maaşla 4 illik müqavilə təklif etdiyini qeyd edib. Klublar arasında danışıqlar davam edir və bu həftə sonu bitə bilər.

Jedson 2022-ci ilin yayından “Beşiktaş”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi 45 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer