- Transfer
- 18:40 23.11.2024
"Yuventus" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Turin təmsilçisi "Mançester Yunayted"dən Meyson Qrinvud üçün danışıqları davam etdirir.
Bildirilir ki, "qırmızı şeytanlar" digər təklifləri gözləyən Qrinvudun İtaliya nəhənginin transferini hələ təsdiq etməyib. 22 yaşlı forvard 40 milyon funt-sterlinqə (təxminən 47 milyon avro) satıla bilər.
Xatırladaq ki, 2023/2024 mövsümündə Meyson Qrinvud “Xetafe”də müvəqqəti formada çıxış edib. Qrinvud İspaniya yığmasında keçirdiyi 36 rəsmi oyunda 10 qol vurub və komanda yoldaşlarına 6 məhsuldar ötürmə verib.