23 oktyabr 2024. Çərşənbə

Maykl Olise Premyer Liqa klubunun hədəfində


  • Transfer
  • 21:08 13.06.2024
  • Oxunma sayı: 74
Maykl Olise Premyer Liqa klubunun hədəfində

"Çelsi" futbol klubu "Kristal Palas"ın £60 milyon qiymətləndirdiyi hücumçu Maykl Olise üçün hərəkətə keçib.

90deqiqe.Az xəbər verir ki, klub Oliseni yay transfer pəncərəsində ciddi hədəf kimi görür və artıq onun transfer şərtləri ilə maraqlanır.

Olisenin müqaviləsində mürəkkəb sərbəst buraxılma maddəsi var və bu səbəbdən "Çelsi" keçən yay Oliseni transfer etmək istəyərkən uğursuz olub. "Mançester Yunayted"də Olise ilə maraqlansa da, onların büdcəsi məhduddur.

Bu transferi reallaşdırmaq üçün "Çelsi", Konor Qallager və Romelu Lukaku kimi bəzi əsas ulduzlarını sataraq maliyyə vəsaiti yaratmaq istəyir. Yeni baş məşqçi Enzo Mareska gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyir.

Olise 2009-2016 illəri arasında "Çelsi"nin akademiyasında olub, sonra "Mançester Siti", "Redinq" və nəhayət, 2021-ci ildə "Kristal Palas" klubuna qoşulub. O, Qaret Sautqeytin də diqqətini çəkib, lakin Fransa millisindən İngiltərəyə keçməsi mürəkkəb görünür. Fransa yığmasının məşqçisi Tyerri Anri Olise və komanda yoldaşı Jan-Filipp Matetanı yay Olimpiadasında Fransa komandasının heyətinə daxil edib.

 

 







Transfer