18 iyul 2024. Cümə axşamı

"Liverpul" "Lill"in futbolçusu ilə maraqlanır


  • Transfer
  • 23:25 13.06.2024
  • Oxunma sayı: 62
"Liverpul" "Lill"in futbolçusu ilə maraqlanır

"Lill"in futbolçusu Leni Yoro yay transfer pəncərəsində "Liverpul"a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O Mersisayd klubunun 18 yaşlı oyunçunun xidmətində maraqlı olduğunu qeyd edib.

Daha əvvəl "Mançester Yunayted"in fransalı futbolçu ilə maraqlandığını iddia edilirdi.

Ötən mövsüm fransalı futbolçu "Lill"in heyətində bütün yarışlarda 44 matçda iştirak edib və 3 dəfə rəqib qapısına zərbə endirib. Onun "Lill"lə müqaviləsi gələn yaya qədərdir və transfer qiyməti 50 milyon avro qiymətləndirilir. Keçən mövsüm Yoro komandasına Liqa 1 turnir cədvəlində dördüncü yeri tutmağa kömək etdi.







Transfer

Rahil Məmmədov Polşada qaldı
  • Transfer
  • 23:51 17.07.2024
Rahil Məmmədov Polşada qaldı