12 aprel 2026. Bazar günü

İş axtarıram - Alveş


  • Transfer
  • 19:10 28.07.2019
  • Oxunma sayı: 629
İş axtarıram - Alveş

Ötən mövsümün sonunda PSG-dən ayrılan Dani Alveş özünə yeni klub axtarır.

Corner.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi sosial şəbəkədəki hesabında paylaşıb.Braziliyalı futbolçu  klubların ona təklif göndərməməsindən narazılığını bildirib:"İş axtarıram. CV-mi hara göndərim? Əgər kiminsə CV-lə ilə maraqlanma fürsəti olsa, mənə xəbər etsin".


Təcrübəli futbolçunun paylaşımına şərh yazan xanımı Coana Sanz isə həyat yoldaşına İspaniyanın 2-ci liqasında çıxış edən "Tenerife"yə keçməyi məsləhət görüb.

Qeyd edək ki, Alveş PSG-dən öncə "Juventus", "Barcelona" və "Sevilya" kimi komandalarda çıxış edib.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”