22 iyun 2024. Şənbə

Musa Qurbanlı yenidən "Qarabağ"da - Rəsmi


  • Transfer
  • 21:03 14.06.2024
  • Oxunma sayı: 65
Musa Qurbanlı yenidən "Qarabağ"da  - Rəsmi

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını yenidən heyətinə qatıb. Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da oynayacaq.

Musa Qurbanlı peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2019-2020-ci illərdə komandanın formasını geyinib. O, 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib və həmin ilin iyunundan etibarən yenidən "Qarabağ"da oynayıb. 2023-cü ilin yayında isə İsveç klubuna transfer olub.

Qeyd edək ki, Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.







Transfer

"Çelsi" onunla razılığa gəldi
  • Transfer
  • 12:20 21.06.2024
"Çelsi" onunla razılığa gəldi