29 noyabr 2024. Cümə

Abraham daha bir Premyer Liqa klubunun hədəfində


  • Transfer
  • 13:03 15.06.2024
  • Oxunma sayı: 97
Abraham daha bir Premyer Liqa klubunun hədəfində

"Çelsi"nin sabiq hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasının daha bir klubu ilə maraqlanır.

90deqiqe.Az-ın “Mail Sport”a istinadən məlumatına görə, “Everton” ingilis hücumçu uğrunda mübarizəyə qoşulub.

Daha əvvəl “Roma”nın hücumçusunu “Tottenhem”, “Vest Hem” və “Aston Villa” kimi klubların almaq istədiyi iddia olunur.

Xatırladaq ki, İbrahim dizinin çarpaz bağlarından aldığı ciddi zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı. 26 yaşlı hücumçu İtaliya çempionatında 8 matçda 1 qol vurmağı bacarıb.







Transfer