21 iyun 2024. Cümə

La Liqa klubunda erməni futbolçu?


  • Transfer
  • 22:10 15.06.2024
  • Oxunma sayı: 83
La Liqa klubunda erməni futbolçu?

"Krasnodar"ın yarımmüdafiəçisi Eduard Spertsyan karyerasını "Jirona"da davam etdirə bilər.

90deqiqe.Az-ın “Metaratings”ə istinadən məlumatına görə, La Liqa klubu 24 yaşlı erməni ilə əlaqə saxlayıb və transferlə bağlı fikirini öyrənmək istəyiblər. Lakin "Krasnodar"ın yetirməsi "Jirona" klubunun rəhbərliyinə cavab verməyib. "Jirona" əgər futbolçudan müsbət cavab alacağıl təqdirdə Rusiya klubu ilə danışıqlara başlayacaq.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Eduard Spertsyanı 20 milyon avro qiymətləndirirlər. Qeyd edək ki, "Jirona" La Liqanın son mövsümünü üçüncü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.







Transfer