24 iyun 2024. Bazar ertəsi

Duqlas Luiz rəhbərlikdən onun transferini xahiş etdi


  • Transfer
  • 11:53 16.06.2024
  • Oxunma sayı: 57
Duqlas Luiz rəhbərlikdən onun transferini xahiş etdi

"Yuventus" hazırda  "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luizlə maraqlanır.

90deqiqe.Az-ın “JuventusNews24”ə istinadən məlumatına görə, braziliyalı futbolçunun transferi ilə bağlı razılıq asan olmayacaq, lakin Luiz Turin təmsilçisinin rəhbərliyindən Birmingem klubunun qadınlardan ibarət komandasında oynayan sevgilisi Alişa Lehmann ilə müqavilə imzalamağı xahiş edib. 

“Yuventus” da Lemannla müqavilə bağlamaqda maraqlıdır, çünki o, qadınlardan ibarət komandanı gücləndirməklə yanaşı, sosial şəbəkələrdə məşhur olduğu üçün Turin klubunun mediada nüfuzunu artıracağı gözlənilir.

Luiz 2019-cu ildən "Aston Villa"da oynayır. Ötən mövsüm yarımmüdafiəçi "Birmingem"in heyətində bütün turnirlərdə 53 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Transfer