26 iyun 2024. Çərşənbə

"Çelsi" onun transferi üçün "Palmeyras"la razılığa gəldi


  • Transfer
  • 14:58 16.06.2024
  • Oxunma sayı: 66
"Çelsi" onun transferi üçün "Palmeyras"la razılığa gəldi

"Palmeyras"ın cinah futbolçusu Estevao Villian karyerasını "Çelsi"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O 17 yaşlı oyunçunun "zadəganlar" ilə 2032-ci ilin yayına qədər müqavilə imzalayacağını qeyd edib. Estevao 2025-ci ildə London klubuna qoşulacaq. Braziliyalı futbolçunun transferi "Çelsi"yə 40 milyon avroya başa gələcək. Bildirilir ki, bonuslar hesabına məbləğ 60 milyona qədər arta bilər

Bu mövsüm Estevao bütün turnirlərdə 25 matçda iştirak edib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.







Transfer