14 may 2026. Cümə axşamı

Real Beyl'lə bağlı qərarını verdi


  • Transfer
  • 20:44 28.07.2019
  • Oxunma sayı: 673
Real Beyl'lə bağlı qərarını verdi
Real'ın futbolçusu Qaret Beyl Çinin "Tsyansu Sunin" klubuna keçməyəcək.

Corner.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun Çin təmsilçisinə keçidi alınmayıb. Buna "Real"ın uelsli futbolçu üçün tələb etdiyi təzminat məbləği səbəb olub. 

"Kral klubu"nun prezidenti Florentino Peres 2013-cü ildə "Tottenhem"dən 85 milyon funt-sterlinqə aldıqları futbolçunu daha yüksək qiymətə satmağı planlaşdırır.
 
Qeyd edək ki, Beyl "Tsyansu Sunin" klubu ilə artıq 3 illik müqavilənin detallarını razılaşdırmışdı. Onun Çin klubunda illik 22 milyon avro qazanacağı iddia olunurdu. Çində yay transfer pəncərəsi iyulun 31-də bağlanacaq.





Transfer