- Transfer
- 00:12 29.11.2024
Argentinalı yarımmüdafiəçi Anxel Di Mariya karyerasını "İnter Mayami"də davam etdirməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
O 36 yaşlı futbolçunun MLS klubu ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı razılığa gəlmədiyini qeyd edib.
Xatırladaq ki, iyunun 30-da Di Marianın portuqaliyalı “Benfika” ilə müqaviləsi başa çatır. Başa çatan mövsümdə argentinalı "Benfika"nın heyətində bütün yarışlarda 48 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.