- Transfer
- 00:12 29.11.2024
"Mançester Siti"nin müdafiəçisi Joao Kanselonun "Barselona"ya tam transferi bu yay baş tutmaya bilər.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, “şəhərlilər” maliyyə tələblərini 40 milyon avrodan 29 milyon avroya endirsələr də, Kataloniya klubu 30 yaşlı futbolçunu transferini ödəyə bilmir. Bildirilir ki, hazırda tərəflər portuqaliyalının daha bir mövsümə icarəyə götürmək variantını müzakirə edirlər.
Xatırladaq ki, Kanselo 2023/24 mövsümünü icarə əsasında "Barselona"da keçirib. Bu müddət ərzində o, 42 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. Kanselonun "Mançester Siti" ilə əmək müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.