14 dekabr 2025. Bazar günü

De Zerbi "Marsel"i çalışdıracaq


  • Transfer
  • 18:44 16.06.2024
  • Oxunma sayı: 174
De Zerbi "Marsel"i çalışdıracaq

Məşhur italyan məşqçi Roberto de Zerbi tezliklə "Marsel"in baş məşqçisi olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabris Hokinsi "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O 45 yaşlı çalışdırıcının təyinatının yaxın vaxtlarda rəsmi olaraq elan olunacağını qeyd edib.

De Zerbinin "Marsel"lə müqaviləsinin 3 il olacağı gözlənilir.

Liqa 1 klubu "Brayton"a təxminən 6 milyon avro ödəyəcək, çünki italiyalının ayrıldığını elan etməsinə baxmayaraq, İngiltərə klubu ilə etibarlı müqaviləsi var.

Xatırladaq ki, “Marsel” son Fransa çempionatını yalnız səkkizinci pillədə başa vurub. Növbəti mövsümdə Fransa klubu Avropa yarışlarında iştirak etməyəcək.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində