26 iyun 2024. Çərşənbə

Feliks "Atletiko"nu "Fənərbağça"ya dəyişir?


  • Transfer
  • 23:37 16.06.2024
  • Oxunma sayı: 45
Feliks "Atletiko"nu "Fənərbağça"ya dəyişir?

"Atletiko Madrid"in hücumçusu Joao Feliks "Fənərbağça"nın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Fanatik”ə istinadən məlumatına görə,  baş məşqçi postuna Joze Mourinyonu gətirən İstanbul klubu portuqaliyalı futbolçunu icarəyə götürməkdə maraqlıdır.

Mourinyonun agenti Xorxe Mendeş yaxın vaxtlarda Felikslə icarə əsasında "Fənərbağça"ya mümkün transferini müzakirə etmək danışıqlara başlayacaq.

Feliks ötən mövsüm "Barselona"da icarə əsasında çıxış edib və Kataloniya klubunun heyətində bütün turnirlərdə 44 matçda 10 qol vurub. Futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.







Transfer