26 iyun 2024. Çərşənbə

"Mançester Yunayted"dən İstanbul nəhənginə


  • Transfer
  • 23:55 16.06.2024
  • Oxunma sayı: 44
"Mançester Yunayted"dən İstanbul nəhənginə

İsveçli müdafiəçi Viktor Lindelof "Mançester Yunayted"i tərk edəcək.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu "Fənərbağça"ya keçə bilər.

İstanbul klubunun baş məşqçisi Joze Mourinyo Lindelofun xidmətində şəxsən maraqlıdır.

Xatırladaq ki, Lindelof 2017-ci ildə "Benfika"dan İngiltərə klubuna keçib.O, ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 28 matçda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer