24 iyul 2024. Çərşənbə

"Barselona"nın hücumçusu "Porto"ya keçir


  • Transfer
  • 12:52 17.06.2024
  • Oxunma sayı: 76
"Barselona"nın hücumçusu "Porto"ya keçir

"Barselona"nın hücumçusu Vitor Roke karyerasını Portuqaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, "Porto" 19 yaşlı futbolçunun xidmətində maraqlıdır. Portuqaliya təmsilçisi braziliyalı oyunçu üçün artıq ilkin danışıqlara da başlayıb.

Rokenin potensial transferi 30 milyon avro olaraq qiymətləndirilir. Vitor bu ilin yanvarında "Barselona"ya keçsə də, adi oyunçu ola bilməyib.

Onun müqaviləsi 2031-ci ilin ortalarına qədərdir. İspaniya çempionatının ötən mövsümündə hücumçu 14 oyun keçirib. Braziliyalı forvard iki qol vurub.







Transfer