- Transfer
- 15:17 11.03.2026
“Manchester City”nin baş məşqçisi Pep Qvardiola Dani Alveşlə bağlı açıqlama verib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, PSG-dən ayrıldıqdan sonra “şəhərlilər”ə transfer olunacağı iddia edilən 36 yaşlı müdafiəçi haqqında danışan ispaniyalı mütəxəssis, bunları deyib: “Hər kəs Alveşin nə qədər dəyərli futbolçu olduğunu bilir. O, mükəmməl xarakterə malik futbolçudur, amma hazırda heyətimizdə iki sağ cinah futbolçusu var.”
Qeyd edək ki, Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.