26 iyun 2024. Çərşənbə

“Tottenhem”in yeni hədəfi


  • Transfer
  • 15:23 17.06.2024
  • Oxunma sayı: 47
“Tottenhem”in yeni hədəfi

"Tottenhem" İtaliya millisinin mərkəz müdafiəçisini transfer etmək istəyir.

90deqiqe.Az-ın “Caught Offside”yə istinadən məlumatına görə, Ange Postecoqlunun komandasının gözü gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək "Bolonya"nın futbolçusu Rikkardo Kalafioridədir.

London klubu maraqlanan klublardan sadəcə biridir, A Seriyasının digər komandaları da Kalafiorinin xidmətində maraqlıdır.

Daha əvvəl bildirilmişdi ki, Kalafiori uğrunda mübarizədə favorit  "Yuventus"dur və bu komandaya bir müddət əvvəl "Bolonya"nın sabiq baş məşqçisi Tiaqo Motta başçılıq edirdi. 

Rikkardo hazırda İtaliyanın Avro 2024 komandasının əsas mərkəz müdafiəçisidir.







Transfer