26 iyun 2024. Çərşənbə

"Atletiko" "Çelsi"nin futbolçusu üçün danışıqlara başladı


  • Transfer
  • 17:40 17.06.2024
  • Oxunma sayı: 47
"Atletiko" "Çelsi"nin futbolçusu üçün danışıqlara başladı

"Atletiko Madrid" yay transfer pəncərəsi zamanı heyətini gücləndirməyə çalışır.

90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə, Madrid klubunun yarımmüdafiəçi Konor Qallageri transfer etmək istəyir. "Döşək ustaları" oyunçunun mümkün transferini müzakirə etmək üçün artıq "Çelsi" ilə əlaqə saxlayıb.

Qallager London klubunun akademiyasının yetirməsidir. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 24 yaşlı yarımmüdafiəçini 50 milyon avroya qiymətləndirir. Gallagher hazırda İngiltərə millisinin heyətində Avropa çempionatında iştirak edir. Qaret Sautqeytin yetirmələri bazar günü Serbiyanı 1:0 hesabı ilə məğlub edib.







Transfer