23 oktyabr 2024. Çərşənbə

Daha bir klub Torresə "elçi düşdü"


  • Transfer
  • 16:43 18.06.2024
  • Oxunma sayı: 94
Daha bir klub Torresə "elçi düşdü"

"Barselona"nın hücumçusu Ferran Torres uğrunda mübarizəyə daha bir klub qoşulub.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, "Vest Hem" klubu 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Lakin, Torresin özü "Barselona"da oynamağa davam etməyə üstünlük verdiyi bildirilir.

2023/2024 mövsümündə Ferran Torres 43 rəsmi matçda iştirak edib, o, 11 qol vurub və tərəfdaşları üçün 4 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Torresi 30 milyon avro dəyərində qiymətləndirirlər. Qeyd edək ki, Torres 2022-ci ilin əvvəlində "Mançester Siti"dən "Barselona"ya keçib.







Transfer