12 mart 2026. Cümə axşamı

Eddi İspaniyada klubunu dəyişir


  • Transfer
  • 12:51 29.07.2019
  • Oxunma sayı: 495
Eddi İspaniyada klubunu dəyişir

Millimizin futbolçusu Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubunun əsas heyətindən uzaqlaşdırılıb.

Corner.az “Aupa Alba” portalına istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin adını Marbelyadakı təlim-məşq toplanışı üçün nəzərdə tutulan 23 nəfərlik siyahıya daxil etməyib.


Eddi ilə İspaniya Sequndasının digər təmsilçisi "Albasete”nin maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilovun "Alkorkon"la 2020-ci ilin iyulunadək müqaviləsi var. 







Transfer