28 sentyabr 2024. Şənbə

"Əfsanəvi qapıçının əfsanəvi klubunda oynayacağım üçün çox xoşbəxtəm"


  • Transfer
  • 12:59 19.06.2024
  • Oxunma sayı: 88
"Əfsanəvi qapıçının əfsanəvi klubunda oynayacağım üçün çox xoşbəxtəm"

Qapıçı Andrey Lunev Moskva "Dinamo"suna keçməsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, iyunun 18-də qolkiperin klubu ilə 2026-cı ilə qədər müqavilə imzaladığı məlum olub.

“Çox xoşbəxtəm ki, əfsanəvi klubda oynayacağam. Emosiyalar çox müsbətdir. Hamı gözəl bilir ki, bu, dünya futbolunun əfsanəsi olan böyük Lev Yaşinin klubudur. Və təbii ki, burada məsuliyyət dərəcəsi digər komandalarla müqayisədə daha yüksəkdir. Meydançaya çıxmaq, ən yaxşı keyfiyyətlərini göstərmək, daha da inkişaf etmək, nəticə vermək və öz oyununla azarkeşləri sevindirmək lazımdır.

Rusiya üçün darıxdınız? Təbii ki, bu da öz rolunu oynadı. Ailəm və mən qərara gəldik ki, qayıtmağın vaxtı çatıb”, – Lunev əlavə edib. 







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu