30 mart 2026. Bazar ertəsi

Veqorst ölkəsinin ən yaxşı klubuna keçə bilər


  • Transfer
  • 14:29 19.06.2024
  • Oxunma sayı: 3442
Veqorst ölkəsinin ən yaxşı klubuna keçə bilər

Hollandiya millisinin hücumçusu Vout Veqorst vətəninə qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O  "Ayaks"ın 31 yaşlı futbolçu ilə müqavilənin şərtləri ilə bağlı danışıqların son mərhələsində olduğunu qeyd edib.

Bundan sonra Amsterdam klubu  "Bernli" danışıqlara başlayacaq. Veqorst un hüquqlarına sahib olan İngiltərə klubudur.

Eyni zamanda, forvard 2023/2024 mövsümünü icarə əsasında “Hoffenhaym”da keçirib.

Xatırladaq ki, Hollandiya millisinin Avro-2024-də ilk oyununda qələbə qolunu Vout Veqorst vurmuşdu. 

 

 







Transfer