12 mart 2025. Çərşənbə

Flik “Barselona”nın hücumunu onlarla gücləndirmək istəyir


  • Transfer
  • 09:54 20.06.2024
  • Oxunma sayı: 102
Flik “Barselona”nın hücumunu onlarla gücləndirmək istəyir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirmək qərarına gəlib. 

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sport.es”in jurnalisti İvan San Antonio məlumat yayıb.

Mənbənin sözlərinə görə, alman mütəxəssis ispaniyalı vinger Niko Uilyamsın transferinə qarşı deyil, lakin bu müqavilə Kataloniya komandası üçün çox çətin hesab olunur. Flik ikinci və hazırda prioritet variant kimi İspaniya millisinin digər oyunçusu, “Leipsiq”in hücumameyilli yarımmüdafiəçisi, Kataloniya komandasının yetirməsi olan Daniel Olmonu hesab edir. 

Xatırladaq ki, Olmo ötən mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Niko Uilyams ötən mövsüm 39 oyuna çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçunun təxmini bazar dəyəri 60 milyon avrodur.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər