27 iyun 2024. Cümə axşamı

“Real Madrid” Karvaxalın yerinə iki müdafiəçi seçir


  • Transfer
  • 09:56 20.06.2024
  • Oxunma sayı: 58
“Real Madrid” Karvaxalın yerinə iki müdafiəçi seçir

Müdafiəçi Dani Karvaxal 2025-ci ilin yayında “Real Madrid”i tərk edə bilər. 

90deqiqe.Az bu barədə “AS”a istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı klub rəhbərliyi ona əvəzləyici axtarmağa başlayıb. İspaniyalının yerinə namizədlər siyahısında iki ad var. Söhbət PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və “Çelsi” təmsilçisi Ris Ceymsdən gedir. Hələlik Madrid prioritet seçiminə qərar verməyib. 

Karvaxal Kral Klubu akademiyasının məzunudur. Dani ötən mövsüm Madrid komandasında 41 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer