28 sentyabr 2024. Şənbə

“Real”ın ulduz basketbolçusu komandadan ayrılır?


  • Transfer
  • 14:38 20.06.2024
  • Oxunma sayı: 69
“Real”ın ulduz basketbolçusu komandadan ayrılır?

29 yaşlı xorvatiyalı basketbolçu Mario Hezonja hazırkı klubu "Real Madrid"lə müqaviləsini uzatdığını təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə o, "X" hesabında məlumat verib.

“Çoxları inanmasa da, “Real Madrid” mənə inanırdı. Gəldiyim ilk gündən mənə və ailəmə qayğı göstərdilər və özümüzü evdəki kimi hiss etdirdilər. Tək istəyim burada qalmaq idi, ona görə də sizə xəbər verməkdən məmnunam ki, uzun müddət evdə, “Real Madrid”imdə çıxış etməyə davam edəcəyəm!” – deyə M.Hezonja sosial şəbəkədəki hesabında yazıb.

Daha əvvəl İspaniyanın "Marca" nəşri Hezonjanın "Real Madrid"dən ayrılaraq "Barselona"ya keçəcəyini yazmışdı.

Avroliqanın ötən mövsümündə Hezonja 33 müntəzəm mövsüm oyununda iştirak edib və burada orta hesabla 14 xal, 4.5 ribaund və 0.8 məhsuldar ötürmə ilə yadda qalıb. “Final Four” oyunlarında Hezonja orta hesabla 10 xal, 7 ribaund və bir asistlə yadda qalıb.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu