- Transfer
- 00:12 29.11.2024
Moskvanın ÇSKA klubunun qapıçısı İlya Pomazun karyerasını “Atletiko” klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Tibo Vezirian sosial şəbəkə hesabında bildirib.
O “matrasçılar”ın 27 yaşlı qolkiperin icarə əsasında heyətinə qatmağa yaxın olduğunu qeyd edib.
"Atletiko"nun Yan Oblakın yerinə Pomazunu ikinci qapıçı kimi gördüyü iddia edilir.
Rusiyalı oyunçu son dörd mövsümü icarə əsasında “Ural”da keçirib. Ötən mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 50 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlaya bilib. Pomazunun ÇSKA ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini iki milyon avro qiymətləndirir.