28 sentyabr 2024. Şənbə

“Liverpul”un gözü Arda Gülərə dikildi


  • Transfer
  • 11:36 21.06.2024
  • Oxunma sayı: 84
“Liverpul”un gözü Arda Gülərə dikildi

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

90deqiqe.Az "Team Talk"a istinadən xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçini almaqda maraqlıdır. 

Xatırladaq ki, Gülər ötən mövsümün ilk yarısını müxtəlif zədələrə görə buraxsa da, sonradan La Liqada keçirdiyi on matçda 6 qol vurmağı bacarıb. Yarımmüdafiəçinin əsas heyətdə daimi yer alacağına zəmanət verilmir, buna görə də “Liverpul” matç təcrübəsinin zəmanəti ilə Ardanı cəlb edə bilər. 

Daha əvvəl Gülərin "Real Sosyedad"a icarəyə verilə biləcəyi də bildirilirdi. 

“Kral” klubunun baş məşqçisi Karlo Ançelotti Ardanın gələn mövsüm də “Santyaqo Bernabeu”da qalacağını bildirib.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu